Canlı yayımda QARŞIDURMA: Aparıcı ona “az” deyən müğənnini SUSDURDU

Canlı yayımda müğənni Əli Mirəliyevlə aparıcı Mətanət Əliverdiyeva arasında qarşıdurma yaşanıb.

Yenicag.az xəbər verir ki, müğənninin aparıcıya “az” deyə müraciət etməsi qarşı tərəfi qıcıqlandırıb:

“Mən az deyiləm, ay qız da deyiləm. Mətanət xanımam. “Az” ən nifrət etdiyim ifadədir. Mənə heç kim az deyə bilməz”.

Aparıcının sərt reaksiyasından çaş-baş qalan Mirəliyev üzrxahlıq etmək məcburiyyətində qalıb:

“Mən onu qəsdən etmirəm. Allah haqqı… Ağzımdan çıxır lapdan, şapdan. Evdə də belə deyirəm. “Mətişka maya”. Üzr də istəyə bilərəm”.

Nehru