Canlı yayımlanan “Xəzər axşamı” verilişində müğənni Mənzurə Musayeva ilə aparıcı Mətanət Əliyverdiyeva arasında qarşıdurma yaranıb.
Yenicag.az xəbər verir ki, aparıcı ilə sözləri çəpləşən Mənzurə əsəbləşərək studiyanı tərk edib.
Bu sərt qarşılıq verən Mətanət isə onu canlı oxuya bilməməkdə suçlayıb:
“Heç vaxt efirdə qonağıma hörmətsizlik etməmişəm. Bütün telekanallarda sizi aparıcıdan asılı vəziyyətə salırlar. Amma yeganə telekanal buradır ki, hamı buraya rahat gəlir. Komandamızı heç kim suçlamasın. Bu tərkibdə mən də varam.
Mənzurə xanım niyə incidi? Peşəkar səs rejissorlarımız var. Mikrofonda texniki problem yoxdur. Müğənninin canlı oxuya bilməməsi nə mənim, nə redaktorun, nə də heç kimin günahı deyil. Deyir, mən bəyənmədim, mikrofonda problem var idi. Həmin mikrafondur, mən o mikrofonla canlı oxuyacam”.
Aparıcı sözünü deyəndən sonra canlı mahnı da oxumağa başlayıb.
Nehru