!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Canlı yayımda şok yaşayan aparıcı Fira: “Kişi qəfildən mənə...”  

!Reklam – Yazi

Onu tədbirlərin birində gördük. Çox dəyişib, hətta onu güclə tanıdıq. Xəzər Televiziyasının aparıcısı Fira Cəlilovanı deyirəm.

Xeyli arıqlayıb, iynənin gözünə sap olan xanım aparıcının Yenicag.az-a müsahibəsini təqdim edirik.

– Əcəb arıqlamısan, eşitdiyimizə görə, buna əməliyyatla nail olmusan?

– Yox, güclü pəhriz saxlayıram. Nə yalan deyim, əməliyyat barədə düşünürdüm. Lakin axtarıb sağlam arıqlamağın yollarını tapdım. Gördüm ki, pəhriz vasitəsi ilə də istənilən çəkiyə nail olmaq mümkündür. Arıqladım və artıq istədiyim geyimləri də geyinirəm.

– Cəsur geyimlərinlə fərqlənirsən…

– Bəli, özümün-özümə heç bir qadağalarım yoxdur. Çünki heç bir komplekslərim də yoxdur. Düzdür, bədənimdə bəzi artıq-əskik nəsə qalıb. Bunu geyimimlə korrektə etməyə çalışıram. İstəyəndə qısa, istəyəndə dekolte geyinirəm, mənim üçün bunun heç bir probolemi yoxdur.

– Həyat yoldaşın geyimlərinə müdaxilə etmir?

– Mən televiziya adamı olduğum üçün efir geyimlərimə qarışmır. Getdiyim məkana uyğun geyinirəm. Ən əsası odur ki, bəzilərindən fərqli olaraq, necə geyinməyi bilirəm.

– Bəziləri deyərkən, kimi nəzərdə tutursan?

– Adam var, toya klub geyimində, bulvara isə toy paltarında gedir. Mən ən azı bunları fərqləndirməyi bacarıram.

– Sən də digər qadınlar kimi geyimə pul xərcləməyi xoşlayirsan?

– Ən çox uşaqlarıma pul xərcləyirəm.

– Geyimlərini özün seçirsən?

– Yox, heç vaxt. Bu işi modelyerlərimə həvalə etmişəm.

– Əsəbinin pik nöqtəsində neynirsən?

– Var gücümlə qışqırıram.

– Bir ara səninlə eyni kanalda işləyən gəlinlərinizlə dava etdiyiniz barədə xəbər eşitdik…

– Şayiə idi. Mən gündəmə nə həyat yoldaşımla, nə uşaqlarımla, nə də gəlinlərimizlə gəlməmişəm.

– Evdə baldızlıq edirsən?

– Mən yaxşı baldızam. Buna vaxtım çatmır e, yoxsa baldızlıq edərəm.

– Heç efirdə ekstrim vəziyyətlər yaşanıb?

– Mənim özüm elə başdan-ayağa ekstrimlərlə doluyam.

– Həyatında ən böyük ekstrimi nə vaxt yaşamısan?

– Mənim canlı yaymlarımı kənardan gəlib izləsəniz, görərsiz ki, nə ekstrimlər baş verir. Hansısa qonaq efirə gəlib, amma onun süjeti hələ hazır olmayıb. Bu yaxınlarda ad günümlə bağlı bir şok hadisə yaşadım. 29 nəfərdən ibarət komandam həyatımda ilk dəfə idi ki, məni ad günümdə təəccübləndirdi. Verilişə hansısa təhsil mərkəzinin rəsmisi adıyla yalandan bir qonaq dəvət etmişdilər. Söhbətin şirin yerində kişi qəfildən dedi ki, mən sizi sevirəm və sizin şərəfinizə “FC” adlı təhsil mərkəzi açmışam. Özümdən asılı olmadan güldüm.

– Bəs zarafat olduğunu biləndə reaksiyan necə oldu?

– Şokdaydım. Məni təəccübləndirməyi bacardılar.

– Özünü gözəl qadın sayirsan?

– Demirəm gözələm, ümumiyyətlə, çirkin qadın yoxdur, özünə baxmayan qadın var. Mənim az da olsa şirinliyim var.

– Hansı məqamda dözülməz olursan?

– Paxıl və kinli deyiləm. Hirslənəndə kibrit çöpü kimi tez yanır, tez də sönürəm.

Cəvahir

www.yenicag.az

6766
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv