!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Canlı yayımda Xalq artisti ilə aparıcı arasında GƏRGİNLİK: “Bayaqdan susuram, amma…”

!Reklam – Yazi

Xalq artisti, kamança ifaçısı Munis Şərifovla aparıcı Mətanət Əliverdiyeva arasında efirdə gərginlik yaşanıb.

Yenicag.az xəbər verir ki, buna verilişdə toy musiqiləri barədə verilən suallar səbəb olub.

Xalq artisti buna görə əsəbiləşib:

“Bayaqdan susuram, danışmıram.  Amma mənim gördüyüm işi dünyada tək-tük adam görür. Buna görə də mənim danışmağa haqqım çatır. Hər dəfə verilişdə toydan danışmayın, toy mahnılarını təbliğ etməyin. Toya hamı gedə bilər, amma ali səviyyə başqadır. Biz Xan əmi, Rübabə Muradova, Şövkət Ələkbərova kimi sənətkarları görmüşük. Bu əfsanələri, korifeyləri görən adam bugünkü gün heç nəyi bəyənmir. Bizim haqqımız da var bəyənməməyə. Həmişə verilişlərdə ali musiqini təbliğ etməyə çalışaq ki, insanlar bunu görsün. Bunu demək mənim borcumdur, yoxsa izləyicilər deyər ki, buna bax, orada oturub, amma səsini çıxarmır”.

“Axı bizim bir çox tanınmış xalq artistlərimizin qazanc yeri toydur, bunu məcburiyyətdən edirlər”, – deyən aparıcı yenidən qarşı tərəfin təpkisinə tuş gəlib:

“Ali musiqiləri təbliğ edin, niyə toyu təbliğ edirsiz. Simfonik musiqidən, operadan, operettadan danışaq”.

Cəvahir

www.yenicag.az

1626
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv