CAR-da qatarlar toqquşdu: 3 ölü, 600-dan çox yaralı var

Cənubi Afrika Respublikasının paytaxtı Pretoriyada iki sərnişin qatarının toqquşması nəticəsində yaralananların sayı 604-ə çatıb. Daha öncə 200 nəfərin xəsarət aldığı bildirilirdi.

Yenicag.az xəbər verir ki, hadisə nəticəsində 3 nəfər həlak olub.

Xəsarət alanların vəziyyəti yüngüldən ağıradək qiymətləndirilir.

Hazırda qəzanın səbəbləri ilə bağlı araşdırma aparılır./Trend/