CAR-də daşqın nəticəsində çox sayda insan həlak oldu

Cənubi Afrika Respublikasının (CAR) şərqində aramsız leysan yağışları və daşqınlar nəticəsində azı 20 nəfər ölüb, 2 nəfər itkin düşüb.

Yenicag.az xəbər verir ki, bu barədə CAR-ın Kooperativ İdarə və Ənənələr üzrə Nazirliyindən bildirilib.

Məlumata görə, leysan yağışları ölkənin Kvazulu-Natal və Şərqi Keyp əyalətlərində təbii fəlakətə səbəb olub. Durban limanında yaşayış məhəllələrini su basıb.

CAR-ın bir sıra ərazilərində leysan yağışları nəticəsində torpaq sürüşməsi baş verib. Bəzi yerlərdə avtomobil yollarını su basıb.