CAR sahillərində güclü zəlzələ

Cənubi Afrika Respublikasının sahillərində 5,8 bal gücündə zəlzələ baş verib.

Yenicag.az məlumat verir ki, yeraltı təkanların episentri İst-London şəhərindən 1 065 kilometr şərqdə, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.

Sunami təhlükəsi elan edilməyib.