!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Carçıoğlu”nun yeni zavodu açılışa hazırdır - FOTOLAR

!Reklam – Yazi

“CARÇIOGLU GROUP” MMC-nin nəzdində tikilən “RUS AZERİ SPİRİTS” araq zavodu açılışa tam hazırdır.

İstehsal üçün mütəxəssislər Rusiya Federasiyasından – Tatarıstan respublikasının “Tatspirtprom” şirkətindən dəvət olunublar.

Rusiya Federasiyasında iki böyük zavodda araqlar gümüş və qızıl filtrlərdən süzülür. Azərbaycanda isə ilk olaraq “RUS AZERİ SPİRİTS” zavodunda araqlar qızıl və gümüş filtrlərdən süzüləcək.

Arağın istehsalı üçün yalnız “ALFA” tipli spirtdən, yeni və müasir 4 pilləli filtrlərdən istifadə olunacaq.

1. Yumşaldıcı filtrlər
2. Gümüş filtrlər
3. Acılığı götürən filtrlər
4. Qızıl filtrlər.

Araq və spirtin analizləri üçün labaratoriya ən yeni və müasir tipli Qaz Xromotoqrafla təmin olunub.
İstifadə olunacaq su Qusar rayonu “Qarabulaq” bulağından götürüləсək. Sular yumşaldıcı filtlər və geriyə osmos üsulu ilə təmizlənəcək. Sular həmçinin bakteriya əleyhinə lampalardan keçiriləcək.

DÜNYA MARKALARI ARTIQ AZƏRBAYCANDA SATIŞA ÇIXARILACAQ

Ukrayna, Rusiya, Belarusiya və Avropanın bir neçə dövlətlərinin istehsal etdiyi araq markalarının Azərbaycanda ilk olaraq lisenziyalı istehsalına başlanılacaq. Dünya markaları artıq Azərbaycanda satışa çıxarılacaq. Əsas məqsədimiz ölkənin qeyri-neft sektorunun inkşafına xidmət etməkdir.

Zavodun özəlliklərindən biri də budur ki, eyni xarici məhsulları biz istehsal edirik və milyonlarla pul Azərbaycan büdcəsinə qalır. Qiymətlərimiz xarici bazarlardan alınan məhsullarla müqayisədə 30-40% aşağı olacaq. Bu da təbii ki, alıcıların cibinə uyğun olacaq. Texnologiya, texnoloq, qablaşdırma bütünlükdə xarici bazarlarda satışa çıxarılan araqlarla tam uyğundur. İstehsal zamanı həmin zavodların mütəxəssisləri məhsulların istehsal və qablaşdırmasında iştirak edəcəklər.

Bakı, Gəncə və digər şəhərlərdə mağazalarımızın açılışı nəzərdə tutulur.

Oktyabr ayının ortalarında zavodun möhtəşəm açılışı olacaq.

Açılışda Rusiya, Ukrayna, Tatarıstan, Meksika səfirləri iştirak edəcəklər. Eyni zamanda İqtisadi İnkişaf Nazirliyinin məsul şəxsləri, yerli icra hakimiyyətləri, marketlər şəbəkələrinin nümayəndələri, tanınmış simalar və media nümayəndələri də açılışda iştirak edəcəklər.

www.yenicag.az

5423
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv