!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Carlsberg-Azerbaijan”ın işçisi 7 yaşlı uşağı vurub qaçdı

!Reklam – Yazi

Abşeron rayonunda şirkət əməkdaşı azyaşlını avtomobillə vurub qaçıb.

Yenicag.az xəbər verir ki, hadisə Xırdalan qəsəbəsində baş verib.

Xırdalan şəhər sakini Salayev Aslan Ədalət oğlu “Carlsberg-Azerbaijan” şirkətinə məxsus idarə etdiyi “Seat İbiza” markalı avtomobillə 2011-ci il təvəllüdlü Məmmədzadə Əlixan Zaur oğlunu vurub.

Avtomobil azyaşlının ayağının üstündən keçib və sürücü hadisə yerindən qaçıb.

Xəsarət alan azyaşlı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Abşeron rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.1-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) və 264-cü (Yol nəqliyyatı hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.

Trend

www.yenicag.az

2296
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv