“Caspian Plaza”da yanğın – Yeniləndi – VİDEO – Yenicag.Az

Reklam

Reklam

“Caspian Plaza” iş mərkəzində baş verən yanğın söndürülüb. 

Yenicag.az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, hazırda binada təhlükəli vəziyyət tam aradan qaldırılıb. Bu səbəbdən iş rejimi bərpa olunub.

*** 

11:57

Bu dəqiqələrdə Bakının Cəfər Cabbarlı küçəsində yerləşən “Caspian Plaza” iş mərkəzində yanğın başlayıb.

Yenicag.az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, yanğın binanın 8-ci mərtəbəsində başlayıb və tüstü qısa zamanda binanın bütün mərtəbələrini əhatə edib.

Yanğın nəticəsində ölən və yaralanan yoxdur. Binada olanlar təxliyə edilib.

Hadisə yerinə yanğınsöndürən briqadalar cəlb olunub.

Hadisə şahidlərinin sözlərinə görə, yanğın qəfil baş verib: “Qəfildən tüstü otağı bürüdü. Binanı qaçaraq tərk etdik.  Qışqırırdılar ki, düşün aşağı”.

Hüquq-mühafizə orqanlarının əməkdaşları saytımıza açıqlamasında bildiriblər ki, hadisəyə səbəb elektrik xətlərində qısaqapanma olmasıdır.

Cəvahir

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 3551
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."