!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Çat Kapı Aşk” filminin qala-gecəsindən - FOTOLAR

!Reklam – Yazi

Türkiyənin İstanbul şəhərində yerləşən “Kanyon” Ticarət Mərkəzinin kinoteatrında “Çat Kapı Aşk” romantik filminin qala-gecəsi baş tutub.

Yenicag.az xəbər verir ki, qala gecədə Türkiyənin məşhur aktyorları Jess Molho və ilk rolunu alan oğlu Tibet, Müge Boz, Nergis Kumbasar, azərbaycanlı aktyor Elməddin Cəfərov və yaradıcı heyətin üzvləri iştirak ediblər.

Tədbirə Nebahat Çehre, Bülent Serttaş, Burcu Binici, Mustafa Topaloğlu, Yunus Günçe kimi tanınmış simalar da qatılıb.

Qeyd edək ki, “Çat Kapı Aşk” filmi Azərbaycanda fəaliyyət göstərən “Cinemazadeh” studiyasının istehsalıdır və xaricdə istehsal olunan ilk filmidir.

Filmin rejissoru Erhan Baytimur, baş prodüser Cəfər Axundzadədir. Ekran işinin musiqisi Rüstəm Zeynallıya, musiqi tərtibatı isə Aynur Axundzadəyə məxsusdur.

Ssenari müəllifləri Deniz Güney və Nesrin Zamur, operator Ömer Yılmaz, icraçı direktor Tural Əsədov, icraçı prodüser Emil Davudzadə, montaj rejissoru Vügar İslamzadə və Rüfət Kərimzadə, səs rejissoru Orxan Ağalarov, art direktor Pərviz Babayevdir.

Rollarda Jess Molho, Müge Boz, Nergis Kumbasar, İbrahim Selim, Elməddin Cəfərov və başqaları çəkiliblər.

Cəvahir

www.yenicag.az

3195
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv