!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Çatışmayan müəllim, yoxsa otaq sayıdır? - Siniflərdə şagird bölümü belə tənzimlənməlidir

!Reklam – Yazi

“Sinifdə 40-45 nəfər olan məktəblər haqqında müxtəlif yeni formullar fikirləşməli, servislər təşkil edib onları yaxın kənd və qəsəbələrin az şagirdə malik məktəblərinə yönləndirmək lazımdır”.

Bu sözləri siniflərdə şagird sayı ilə bağlı vəziyyətə münasibət bildirən təhsil eksperti Qoşqar Məhərrəmov Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, siniflər kiçikdirsə, bir çox amil orada müsbətə doğru dəyişə bilər. Elmi tədqiqatların bir qismi sinif həcmi ilə şagirdlərin akademik nailiyyətləri arasında əlaqənin olduğunu göstərir:

“Elmi tədqiqatlar həm də sinif həcminin şagirdlərin psixoloji və sosioloji vəziyyətinə necə təsir etdiyi yönündə aparılıb. Nəticələrə əsasən şagird sayı azdırsa, müəllimlər daha az stresə girdiklərini və daha az qeyri-məmnunluq hissi yaşadıqlarını qeyd edirlər. Müəllimlər daha çox şagirdlərə individual yanaşa bildiklərini ifadə edirlər. Davranış və nizam-intizam problemləri daha az müşahidə olunur.

Məlumdur ki, kiçik sinif anlayışı dövr keçdikcə dəyişir. 50 il əvvəl 25 nəfərlik sinif kiçik idi, indi isə böyükdür. Artıq bir çox məktəbin ibtidai sinfində 15 nəfərlə sinfi komplektləşdirmə yönündə işlər görülür. Yuxarı siniflərdə isə şagirdlərin sayı nisbətən arta bilir. Amma bu say yenə 25-in üstünə keçmir. Ölkəmizdə ümumi şagirdlərin sayını müəllimlərin sayına böldükdə ortaya çıxan rəqəm 11-12-dir. Bu, əslində yaxşı rəqəmdir. Deməli, hər 12 şagirdə 1 müəllim düşür. Ancaq paylanmada problem mövcuddur. Belə ki, kənar yerlərdə bu rəqəm daha da aşağı düşərkən, mərkəzi yerlərdə yuxarı qalxır. Özəl məktəblərdə bu rəqəm aşağı ikən, dövlət məktəblərində yuxarıdır.

Əgər sinif həcmi kiçilsə və ancaq müəllim böyükhəcmli sinifdə etdiyi kimi tədris etməyə davam etsə, heç bir müsbət dəyişiklik olmayacaq. Düşünürəm ki, bu iş paralel getməlidir. Bir tərəfdən sinifdə 40-45 nəfər olan məktəblər haqqında müxtəlif yeni formullar fikirləşməli, servislər təşkil edib onları yaxın kənd və qəsəbələrin az şagirdə malik məktəblərinə yönləndirməli, digər tərəfdən də müəllimlərin fəal təlim üsullarına müraciət etmələrini təşviq və tələb etməliyik”.

Gülşən Şərif

www.yenicag.az

393
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv