Bu gün İran prezidenti Həsən Ruhani BMT-nin 25-ci sessiyasında iştirak etmək üçün Nyu-York şəhərinə yola düşüb.
Yenicag.az xəbər verir ki, H.Ruhani hava limanında jurnalistlərə açıqlama verərək deyib ki, Əhvazda törədilən terror aksiyasına görə İranın cavabı çox ağır olacaq. Onun sözlərinə görə günahsiz insanların qətlə yetirilməsi insanlığa sığışmayan hərəkətdir. İran xalqı bu kimi terror aksiyasına görə qorxuya düşməyəcək və düşmənə layiqli cavab verəcək. Prezident qeyd edib ki, İran ABŞ-ın sanksiyalarının öhdəsindən gələcək. Bu terror aksiyasını törədənlər peşman olacaqlar.
H.Ruhani onu da bildirib ki, Nyu-Yorkda “Nüvə proqramı” ilə əlaqədar imzalanmış müqaviləni müzakirə edəcək və bir sıra dövlət başçıları ilə görüşəcək. Görüşlərdə regional və qlobal xarakterli siyasi məsələlər müzakirə ediləcək.