Cavad Zərifin Bakıya səfəri – İran XİN rəhbəri Azərbaycanda bu məsələləri müzakirə edəcək

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifin Azərbaycana səfəri iki ölkə rəsmiləri arasında davamlı məsləhətləşmələr çərçivəsində baş tutur.

Bu barədə Yenicag.az-a İranın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Səfirlikdən bildirilib ki, səfər çərçivəsində ikitərəfli münasibətlər, regional və beynəlxalq məsələlər haqqında fikir mübadiləsi aparılacaq.

Qeyd edək ki, M.C.Zərif sabah Azərbaycan və Ermənistana səfər edəcək.