Cavan Zeynallı: “Röya xanım öləndən sonra psixoloq dedi ki…”

“15 kilo çəki atmışam”.

Yenicag.az xəbər verir ki, bunu verilişlərin birində qonaq olan Xalq artisti Cavan Zeynallı deyib.

Xalq artisti bildirib ki, xanımı vəfat etdikdən sonra tək yaşayır. Cavan Zeynallı vurğulayıb ki, psixoloq ona insanlar arasına çıxmağı məsləhət görüb:

“İnsanlar məni görür, şəkil çəkdirirlər. Amma onlar ailə deyil axı. Psixoloqa bunu deyəndə mənə sevdiyim musiqiləri ifa etməyimi məsləhət bildi. Mən də həftədə üç gün 15 dəqiqə pianoda sevdiyimm musiqiləri ifa edirəm”.

Qeyd edək ki, Xalq artistinin həyat yoldaşı Röyə xanım ötən ilin əvvəlində vəfat edib.