Cavanşir Feyziyev məhkəməyə verildi

Milli Məclisin deputatı Cavanşir Feyziyev barəsində Cinayət Məcəlləsinin 147-ci maddəsi ilə (böhtan) xüsusi ittiham qaydasında şikayət edilib.

Yenicag.az  xəbər verir ki, iş Səbail Rayon Məhkəməsinin hakimi Azər Tağıyevin icraatındadır.

Məhkəmə iclası fevral ayının 17-i saat 15:00-a təyin olunub.

Qeyd edək ki, Milli Məclisin deputatı Cavanşir Feyziyev sosial şəbəkə hesabında bir qrup jurnalistin ünvanına xoşagəlməz ifadələr yazıb.

Buna səbəb isə London Məhkəməsində Feyziyevlər ailəsinə məxsus 5 milyon funt-sterlinqlə bağlı qalmaqal olub.