Cavanşir-Flora küsülülüyünün SƏBƏBİ: “Ola bilərdimi ki, onun yasına 40 gündən sonra…”

“Səhnələrə buraxılmayanda, ağır günlər yaşayanda, mən yanında olmuşam”.

Əməkdar artist Cavanşir Məmmədov illər sonra bibisi qızı, Xalq artisti Flora Kərimova ilə aralarında olan küsülülüyün səbəbini açıqlayıb.

Yenicag.az xəbər verir ki, sənətçi bu barədə “O üz” verilişində danışıb.

Cavanşir Məmmədovun sözlərinə görə, Flora Kərimova ondan anasının dəfn mərasiminə getmədiyi üçün inciyib:

“Flora xanımın anası – rəhmətlik bibimin mənim həyatımda böyük rolu olub. O mənim bel sütunum idi. Flora xanım da məni iki dəfə həbsdən qurtarıb. Bibim dünyasını dəyişəndə, dəfninə gedə bilmədim. Suleyman Abullayevlə birlikdə Cəbrayılda ikigünlük toyda idim.

Gələndə, yatıb qalmışam. Ayılanda anam dedi ki, bibin rəhmətə gedib. Onun üç mərasiminə getdim. Amma deyir ki, 40-na getmişəm. Ola bilərdimi ki, onun yasına 40 gündən sonra gedim? Ola bilməzdi.

Elə idisə, qovardı məni, deyərdi 40 gündür, harada idin? Sən – Flora xanım səhnələrə buraxılmayanda, ağır günlər yaşayanda, mən yanında olmuşam. Bu gün məni Cavanşir edən özüm olmuşam. Heç bir qadının qoltuğunda gəzməmişəm.

Mən onu övladımın toyuna dəvət edə bilmədim, səbəbini deyim. Toya iki-üç ay qalmış İlhamə xanım dedi ki, bax ha, mən toyda olacam. Qorxdum ki, Flora xanım da orda olsa, bunların arasında dava düşər. Ona görə də Flora xanımı toya dəvət etmədim. Bu dərdimi indiyə qədər açıb heç kimə deməmişəm. O da qızının toyunda məni çağırmadı”.

Nehru

COP29