!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Cavanşir özündən çıxdı: “Arvad-uşağının xəbəri yoxdur ki..." - VİDEO

!Reklam – Yazi

Əməkdar artist Cavanşir Məmmədov qalmaqallı açıqlaması ilə şou aləmini bir-birinə vurub.

Yenicag.az xəbər verir ki, müğənni toya baha gedən həmkarlarını hədəfə alıb:

“Toya çağırmaq indi əhatə ilə olub. Kimin dairəsi genişdirsə, deyir, filankəsi gətir, digəri də deyir, onu neynirsən. Toya getmək maklerlə olub. Ev, maşın alqı-satqısı maklerlə olar. Mənə deyirlər ki, sizin niyə prodüseriniz yoxdur. Mən Amerikada yaşamıram ki, 200 milyon əhalinin içərisində məni tapmaq çətin olsun. 10 milyon əhalisi olan ölkədə niyə ədabazlıq etməliyəm? Müğənni o zaman əlçatmaz olur ki, onun şəxsiyyəti, sənəti var. 15 minə toya getməklə əlçatmaz olmursan.
Müğənniləri qınayırlar ki, toya 10 minə gedirlər. Yaxşı edirlər. Səni çarmıxa çəkib pulu güclə almırlar. Əlinlə 10-15 min verib deyirsən ki, al bu pulu, gəl mənim toyumu korla. O müğənnini kim istəyib? Evdə arvad-uşağının, heç özünün xəbəri belə yoxdur”.

ARB TV-nin “Səhər-Səhər” verilişindən olan görüntüləri təqdim edirik.

Nehru

www.yenicag.az

3729
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv