“Düşündüm, qərar verdim və birdəfəlik Azərbaycana qayıtdım”.
Bunu Əməkdar incəsənət xadimi, məşhur bəstəkar Cavanşir Quliyev yenicag.az-a açıqlamasında deyib.
19 ildən sonra Şimali Kipr Türk Cümhuriyyətindən Azərbaycana köçən bəstəkar qayıtmasının səbəblərini açıqlayıb:
“Yeni əsərlərim var. Onları ifa etmək və tamaşaçılara təqdim etmək lazımdır. Orada belə bir imkan yoxdur. Artıq yeni işlərə start verdik. Bir layihəmiz bazar günü, digəri ayın 14-də Filarmoniyada tamaşaçılara təqdim olunacaq”.
Bir müddət öncə səhhətində problemlər yaşayan bəstəkar sağlıq durumu ilə bağlı sualımızı da cavablandırıb:
“Çox şükür, hələlik salamatıq”.
Xatırladaq ki, professor C.Quliyev 19 il Şimali Kiprin “Yakın Doğu” Universitetində çalışıb.
Cəvahir