Tanınmış jurnalist Cavid Cabbaroğluya ağır itki üz verib. Bu gün onun anası İsmayılova Minurə Mikayıl qızı 63 yaşında vəfat edib.
Yenicag.az xəbər verir ki, Musavat.com-un əməkdaşına danışan Cavid Cabbaroğlu bildirib ki, anası uzun müddətmiş ki, ağır xəstəlikdən əziyyət çəkirmiş.
M.İsmayılova ixtisasca həkim idi, 6 saylı poliklinikada şöbə müdiri vəzifəsində çalışırdı.
Mərhumənin dəfni bu gün Ordubad rayonunun Nüsnüs kəndində olacaq.
Aqil Ələsgər və “Yeni Çağ” qəzetinin kollektivi həmkarımıza anasının vəfatı ilə bağlı başsağlığı verir.