Reklam: High Technic
hightechnic

Cavid Hüseynov ev dustaqlığına buraxılmadı

Reklam: High Technic

скачанные файлы (2)Avqustun 27-də Səbayel rayon Məhkəməsində “Qəbələ” klubunun sabiq kapitanı Cavid Hüseynov barəsində seçilən həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması üçün verilən vəsatətə baxılıb.

Yenicag.az xəbər verir ki, bu haqda Modern.az saytına təqsirləndirilən şəxsin hüquqlarını müdafiə edən Adəm Məmmədov məlumat verib.

Vəkil bildirib ki, hakim Elşad Şamıyevin sədrliyi ilə keçirilən prosesdə Cavid Hüseynovun ev dustaqlığına buraxılması ilə bağlı vəsatət təmin olunmayıb.
Jurnalist Rasim Əliyevin ölümü ilə bağlı Səbayel rayon Məhkəməsi Cavid Hüseynovu həbs edib.

İstintaqın hazırkı mərhələsində Cavid Hüseynovun ağır cinayətin hazırlanmasını bilərək bu barədə xəbər verməməsi, cinayətin törədilməsindən sonra isə qabaqcadan vəd etmədən onun gizlədilməsinə yönələn hərəkətlərə yol verməsində əsaslı şübhələr olduğundan ona Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələrində nəzərdə tutulan ittiham elan olunub və barəsində məhkəmənin qərarı ilə 3 ay həbs – qəti imkan tədbiri seçilib.

Cinayətin Cavid Hüseynovun təhriki ilə törədilməsi fərziyyəsi də istintaq-əməliyyat qrupu tərəfindən araşdırılır.

www.yenicag.az

75