Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Qarabağ FC

Cavid Hüseynov "Qəbələ"dən getdi - Rəsmi

Reklam: Sinerji Pro

“Qəbələ” komandası futbolçusu Cavid Hüseynovla yollarını ayırıb.

Yenicag.az xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi 2019-2020 mövsümündə “qırmızı-qaralar”ın formasını geyinməyəcək.

Komandanın heyətində 2014/15 mövsümündə debüt edən yarımmüdafiəçi keçirdiyi 117 oyunda 20 qol vurub. Hüseynov Premyer Liqada 87 matçda rəqib qapılarından 15 top keçirib. Ölkə kubokunda 19 matça çıxan yarımmüdafiəçi 2 qola sevinib. O, UEFA Avropa Liqasının 11 görüşündə 3 dəfə fərqlənib. Oyunçu əyalət təmsilçisinin heyətində üç dəfə Premyer Liqanın mükafatını qazanıb. O, 2014/15 mövsümündə bürünc, 2016/17 və 2017/18 mövsümlərində gümüş medala yiyələnib. 2018/19 mövsümündə Azərbaycan kubokunu başı üzərinə qaldıran futbolçu 2016/17 və 2017/18 mövsümlərində yarışın finalçısı olub. Futbolçu keçirdiyi 117 matçdan 72-də meydana komandanın kapitanı kimi çıxıb.

www.yenicag.az

611
reyting.az
www.interpress.az
MARGIN-BOTTOM

www.busaat.az
Ziraat Bank New 768×90 / 320×100