Futbol üzrə Azərbaycan Premyer Liqasının 28-ci turu çərçivəsində keçirilən “Qəbələ” – “Qarabağ” matçında fasilə ərəfəsində insident baş verib.
Yenicag.az xəbər verir ki, nominal meydan sahiblərinin kapitanı Cavid Hüseynovla Ağdam komandasının futbolçusu Dani Kintana arasında mübahisə yaranıb. Bu zaman Hüseynov Kintananın sifətinə dirsək zərbəsi endirib. Olaya müdaxilə edən “Qarabağ”ın kapitanı Rəşad Sadıqovla da Hüseynov arasında toqquşma yaranıb. “Qəbələ”nin kapitanı Sadıqovu da kənara itələyib.
Baş hakim Rəşad Əhmədov isə Hüseynovun bu davranışını sərt cəzalandırılıb. O, Cavidi birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıb.
Qeyd edək ki, “Qarabağ” ikinci hissəsi keçirilən oyunda 1:0 hesabıyla öndədir.