!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Cavid Qurbanovla Əli Kərimlini nə birləşdirir? – İLGİNC FAKTLAR

!Reklam – Yazi

12064181_155124391503830_2079149676_n

“Qəhrəmanımız” hətta hökuməti ən sərt şəkildə tənqid edən, daha doğrusu ləkələməyə çalışan “Meydan.tv”-nin əməkdaşı Həbib Müntəzirə də statuslar yazdırıb.

Son günlər bəzi mətbuat orqanlarında nəqliyyat naziri Ziya Məmmədov əleyhinə yazılan yazılara hamımız rast gəlirik. Xüsusən bəzi internet portalları gün ərzində ən az 3-5 belə yazını tirajlayır, sosial şəbəkələrdə ödənişli reklam edir.

Yəqin ki, bu məqalələrin sifariş əsasında yazıldığı və sifarişçinin “Azərbaycan Dəmir Yolları” QSC-nin çiçəyi burnunda şefi Cavid Qurbanov olduğunu da elə mətbuatdan oxumusunuz.

Yazılara baxdıqda isə bir məqam xüsusilə diqqət çəkir – bu yazıların bir-birinə oxşarlığı və bir çox hallarda tələsik yazıldığı. Bu da ondan irəli gəlir ki, fərqli mətbuu orqanlarda qarşımıza çıxan bu yazılar bir mərkəzdən idarə olunur və bir mətbəxdə hazırlanaraq yaydırılır.

Əlbəttə, bu məzmunlu yazıların yazılması və kütləvi tirajlanması üçün Cavid Qurbanovun yüz minlər xərclədiyini anlamaq o qədər də çətin deyil. Çünki yoldaş Qurbanov keçmiş şefi üçün apardığı qaralama kampaniyasında ictimaiyyəti çaşdırmaq üçün kifayət qədər geniş tərkibli komandadan yararlanır.

Mövzu-bahis olan bu qrupun ən qəribə və düşündürücü üzvlərindən biri Əli Kərimlinin başını çəkdiyi “Azadlıq” qəzetinin və bu qəzetin saytının baş redaktoru Qənimət Zahiddir.

12167955_10206709049677629_907079849_n (1)

Yəqin siz də bizimlə razılaşarsınız ki, “Azadlıq” qəzeti və bu qəzetin mövcud hökumət ilə münasibətlərindən geniş yazmağa o qədər də ehtiyac yoxdur.

Çünki bu qəzet hökumətin həyata keçirdiyi bütün müsbət və ölkəmiz üçün yararlı xidmətləri belə ləkələməyə çalışır. Mətbuatımızla yaxından tanışlığı olanlar isə bunu da əla bilirlər ki, “Azadlıq” qəzetində və “azadliq.info” saytında Əli Kərimlinin şəxsən icazəsi və razılığı olmadan hər hansı bir şəxs yaxud hadisə barədə bir cümlə də yazıla bilməz.

Ən maraqlı məqam isə budur ki, son vaxtlar Ziya Məmmədov və onun qohumları əleyhinə əksər “vurucu” informasiyalar ilk olaraq Əli Kərimlinin saytından tirajlanır.

Buradan isə Cavid Qurbanovun Əli Kərimlini yaxşıca “gördüyünü” və əməkdaşlıq etdiyini anlamaq o qədər də çətin deyil.

Çünki, yoldaş Qurbanovun bu hökumətə, öz rəhbərliyinə ilk xəyanəti deyil. Mərhum prezident Heydər Əliyevin onu işdən qovmasından sonra Moskvada Mahir Cavadovla birgə Azərbaycan hakimiyyətinə qarşı apardığı çirkin işlərlə xəyanət təcrübəsi artıq var.

12064237_155124398170496_221866740_n

Daha sonra “Azadlıq” qəzetindən və “azadliq.info” saytından başqa zamanlar bir xəbər də olsun istinad etməyən saytlar nədənsə Ziya Məmmədov əleyhinə olan xəbərləri bir neçə dəqiqəlik fərqlərlə öz portallarına yerləşdirir, tirajlayır və süni gündəm yaradırlar.

Son günlər isə Almaniyada yaşayan və hər vəchlə hökuməti tənqid və təhqir edən “Meydan.tv”-nin əməkdaşı Həbib Müntəzirin də bu “komandaya” qoşulması düşündürücüdür.

12167237_155124394837163_1383774590_n

Bu da onu göstərir ki, Cavid Qurbanov Ziya Məmmədova qarşı açdığı savaşın mətbuat ayağında heç bir sərhəd tanımır və öz maraqlarını tərkibində təmsil olunduğu hökumətin maraqlarından üstün tutur.

 
Әli Kərimli-Cavid Qurbanov siyasi izdivacının başqa nümunələrini növbəti yazımızda oxuya bilərsiniz.

Bizi izləyin.

Yenicag.az, Analitika qrupu

www.yenicag.az

532
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv