Çavuşoğlu 5 ildən sonra ilk dəfə bu ölkəyə getdi

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Bəhreynə səfər edib.

Yenicag.az xəbər verir ki, bu barədə məlumatı nazir “Twitter” hesabında paylaşıb.

Qeyd olunub ki, bu nazirinin bu ölkəyə 5 ildən sonra ilk səfəridir. Tərəflər görüşlər zamanı iki ölkə arasındakı münasibətləri, mövcud olan perspektivləri müzakirə edəcək.