Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu, Brüsseldəki NATO qərargahında ABŞ Dövlət katibi Entoni Blinkenlə görüşüb.
Yenicag.az xəbər verir ki, mətbuat konfransı keçirən Çavuşoğlu görüş zamanı toxunulan məsələlərdən danışıb.
O qeyd edib ki, Blinkenlə konstruktiv olaraq görüşüb: “Görüş zamanı S-400 məsələsinin Türkiyə üçün bitdiyini dedim. Bundan sonra başda ABŞ olmaqla müttəfiqlərimizlə ehtiyaclarımızı qarşılamaq üçün əməkdaşlıq edəcəyimizi bildirdim. ABŞ dövlət katibi ilə Türkiyədə və ya ABŞ-da daha geniş tərkibdə görüşün keçiriləcəyinə dair razılığa gəldik”./apa/