Çavuşoğlu ABŞ dövlət katibi ilə danışdı – RAZILAŞDILAR

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun ABŞ dövlət katibi Entoni Blinken ilə telefon danışığı olub.

Yenicag.az-ın “TASS”a istinadən verdiyi məlumata görə, telefon danışığı zamanı ABŞ-ın yeni rəhbərliyi ilə qarşılıqlı hörmət əsasında açıq və səmimi dialoqun inkişaf etdirilməsi barədə razılaşma əldə edilib.

Məlumata əsasən, tərəflər həmçinin FETÖ, PKK, terrorizmlə mübarizə, S-400, Suriya, Şərqi Aralıq dənizi məsələlərini də müzakirə ediblər.