Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Şimali Kiprin mərhum Prezidenti Rauf Denktaşı anıb.
Yenicag.az xəbər verir ki, Çavuşoğlu “Twıtter” hesabından etdiyi paylaşımda mərhum prezidentin öz dili ilə səsləndirdiyi “İki bayrağım var” şeirini səsləndirib.
“Şimali Kiprin mərhum Prezidenti Rauf Denktaşı rəhmətlə anırıq” – deyə, Çavuşoğlu yazıb. Çavuşoğlu yazını #KıbrısTürküTürkiyeninYanında həştəqi ilə paylaşıb.
Qeyd edək ki, Şimali Kiprin Prezidenti Mustafa Akınçı Türkiyənin “Barış Pınarı” Hərəkatı ilə bağlı öz ölkəsində də sərt təpki doğuran ifadələr işlətmişdi.
Həmin videonu təqdim edirik: