!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Çavuşoğlu Azərbaycana səfər edəcək

!Reklam – Yazi

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycana səfər edəcək.

Yenicag.az xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral “Report”a açıqlamasında məlumat verib.

Nazir dekabrın 1-də Bakıda keçiriləcək “Asiyanın qəlbi” – İstanbul prosesi təşəbbüsü çərçivəsində 7-ci nazirlər görüşündə iştirak etməyi planlaşdırır. Bakıdakı nazirlər toplantısının əsas mövzusu “Asiyanın qəlbi” regionunda təhlükəsizlik və iqtisadi əlaqələr sahəsi olacaq.

Xatırladaq ki, Azərbaycan hazırda Əfqanıstanla birlikdə prosesə həmsədrlik edir. Nazirlərin görüşünə həmçinin təşəbbüsün iştirakçıları olan digər ölkələrdən yüksək səviyyəli qonaqlar, o cümlədən Əfqanıstanın prezidenti Məhəmməd Əşrəf Qəni gələcək.

www.yenicag.az

1711
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv