Çavuşoğlu Azərbaycan Prezidentini təbrik etdi

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Prezident İlham Əliyevi 60 illik yubileyi münasibətilə təbrik edib.

Yenicag.az-ın xəbərinə görə, bu barədə Mövlud Çavuşoğlu “Twitter”də paylaşım edib.

“Can Azərbaycanın cənab prezidenti və Vətən Müharibəsinin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin 60-cı doğum gününü təbrik edirəm. Ad gününüz mübarək, cənab Prezident!”, – qeyd olunub.