Çavuşoğlu: “Azərbaycan qazının Şərqi Avropa ölkələrinə çatdırılmasına kömək edirik“

“Azərbaycan qazının Şərqi Avropa ölkələrinə çatdırılmasına kömək edirik”. 

Yenicag.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

“Biz bu gün enerji böhranından əziyyət çəkmirik. Bu, ağıllı siyasətin nəticəsidir”, – o bildirib.

Çavuşoğlu vurğulayıb ki, bugünkü sazişlər “qazan-qazan” prinsipinə əsaslanır: “Həm Liviya, həm də Türkiyə bu sazişlərdən qazanclı çıxır. Əlaqələrimizi bundan sonra da inkişaf etdirəcəyik. Üçüncü ölkələr Liviyanın işinə qarışmaqdan əl çəkməlidir”.