Çavuşoğlu Bakıya gəldi – YENİLƏNDİ

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Bakıya gəlib.

Yenicag.az xəbər verir ki, bu barədə nazir “Twitter” səhifəsində paylaşım edib.

O, Türkiyə, Azərbaycan və Qazaxıstanın xarici işlər və nəqliyyat nazirlərinin ilk toplantısında iştirak edəcəyini bildirib.

***

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycana gəlir.

Yenicag.az xəbər verir ki, bu barədə Türkiyə XİN məlumat yayıb.