Çavuşoğlu Bakıya gəlir

movlud3Türkiyənin xarici işlər niaziri Mövlud Çavuşoğlu şənbə günü Azərbaycana işgüzar səfər edəcək.

Bu barədə Trend-ə məlumatlı mənbədən bildirilib.

Səfər çərçivəsində Azərbaycanın rəsmi şəxsləri ilə görüşlər planlaşdırılıb. Danışıqlar zamanı regiondakı hadisələr, xüsusilə Dağlıq Qarabağ münaqişəsi müzakirə olunacaq.