Çavuşoğlu Blinken ilə görüşdü: Azərbaycanla Ermənistan arasındakı gərginlik də müzakirə edildi

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə ABŞ dövlət katibi Entoni Blinken arasında görüş keçirilib.

Yenicag.az “Haber Global”a istinadən xəbər verir ki, BMT Baş Assambleyasının 77-ci sessiyası üçün Nyu-Yorkda olan Çavuşoğlu ilə Blinken arasında görüş baş tutub.

Görüşdə Rusiya-Ukrayna savaşı, Ermənistanla Azərbaycan arasındakı son gərginlik, Suriya məsələsi və bir sıra ikitərəfli və regional məsələlər müzakirə edilib.

Blinken ABŞ-nin iki ölkə arasında dialoqu təşviq etməyə və uzunmüddətli siyasi nizamlanmaya nail olmağa hazır olduğunu təsdiqləyib.