Çavuşoğlu: “Can Azərbaycanla münasibətlərimiz müttəfiqlik səviyyəsindədir”

“Can Azərbaycanla münasibətlərimiz müttəfiqlik səviyyəsindədir”.

Yenicag.az xəbər verir ki, bunu Aktauda Azərbaycan, Qazaxıstan, Türkiyə və Gürcüstanın iştirakı ilə keçirilən görüşdə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

O bildirib ki, bu il Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iki dəfə Azərbaycana gedib: “Gürcüstan isə strateji müttəfiqimizdir”.

Onun sözlərinə görə, Xəzər keçidli Şərq-Qərb dəhlizinin əhəmiyyəti hər ötən gün artır.

Nazir söyləyib ki, Azərbaycanın işğal altındakı torpaqlaırnı azad etməsi yeni fürsətlər yaradıb: “Sınaqların fərqindəyik. Vaxt itirmək niyyətimiz yoxdur”.