Çavuşoğlu Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı paylaşım etdi

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ulu öndər Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı “Twitter”də paylaşım edib.

Oxu.Az-ın məlumatına görə, Çavuşoğlu ümummilli liderin Türkiyə-Azərbaycan qardaşlığının möhkəmlənməsində böyük əməyi olduğunu bildirib, ulu öndəri hörmət və ehtiramla yad etdiyini vurğulayıb.