Çavuşoğlu ilə Blinken arasında telefon danışığı oldu

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə amerikalı həmkarı Entoni Blinken arasında telefon danışığı olub.

Yenicag.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən məlumat verilib.

Danışıq zamanı Türkiyə və ABŞ arasındaki ikitərəfli münasibətlər, NATO-nun Şərqə doğru genişlənməsi və Ukraynadan taxıl idxalına dair mövzular müzakirə edilib.

COP29