!Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Çavuşoğlu ilə Lavrov Qarabağı müzakirə etdilər

Reklam: Sinerji Pro

Bu gün Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə rusiyalı həmkarı Sergey Lavrov arasında Antalyada görüş keçirilib.

Yenicag.az xəbər verir ki, tərəflər arasında müxtəlif məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

O, cümlədən, danışıqlarda Qarabağdakı hazırki vəziyyət də müzakirə olunub.

Danışıqların başa çatmasının ardından XİN rəhbərlərinin birgə mətbuat konfransı keçirilib.

Nazirlər Ağdamdakı Rusiya-Türkiyə Monitorinq Mərkəzinin fəaliyyətini yüksək qiymətləndirib, bölgədə iqtisadi əlaqələrin və nəqliyyat infrastrukturunun bərpasının vacib əhəmiyyətini bir daha təsdiqləyiblər.

“Tərəflərin anlaşmasını, həm ermənilər, həm də azərbaycanlıların bölgədə mehriban qonşular kimi yanaşı yaşamasını istəyirik”, – deyə Lavrov bəyan edib.

Rusiyalı nazir həm ölkəsinin, həm də Türkiyənin Bakı ilə İrəvan arasındakı münasibətlərin normallaşması istiqamətindəki səylərini davam etdirəcəyini bildirib

www.yenicag.az

231
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100