Çavuşoğlu ilə Lavrovun görüşü başladı – YENİLƏNDİ

Soçi şəhərində Rusiya və Türkiyə xarici işlər nazirləri Sergey Lavrov ilə Mövlud Çavuşoğlu arasında görüş başlayıb.

Yenicag.az xəbər verir ki, Rusiya – Türkiyə Yüksək Əməkdaşlıq Şurası çərçivəsində birgə strateji planlaşdırma qrupunun 8-ci iclası çərçivəsində keçirilən görüşün gündəliyində ikitərəfli və regional məsələlərin olduğu bildirilib.

Daha əvvəl Rusiya XİN-dən bildiriblər ki, danışıqlar zamanı beynəlxalq təşkilatlar çərçivəsindəki əməkdaşlığın daha səmərəli hala gətirilməsi, habelə Qarabağ məsələsinə dair Rusiya, Azərbaycan, Ermənistan liderlərinin 9 noyabr bəyanatının yerinə yetirilməsi ilə bağlı cari məsələlər müzakirə olunacaq.

***

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Rusiyaya səfərə gedib.

Yenicag.az bu barədə nazirin tvitter səhifəsinə istinadən məlumat verir. M.Çavuşoğlu artıq Soçidə olduğunu bildirib.

Burada o, Rusiya-Türkiyə Ortak Strateji Planlama Qrupunun 8-ci toplantısına qatılacaq.