Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu koronavirusa yoluxub.
Yenicag.az xəbər verir ki, o, bu barədə “Twiter” hesabında yazıb:
“COVID-19 testimin nəticəsi pozitiv oldu. Xəstəliyi yüngül keçirirəm. İşlərimi bir müddət evdən davam etdirəcəyəm. Allah bütün xəstələrə şəfa versin”.