Çavuşoğlu koronavirusdan sağaldı

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu koronavirusdan sağalıb.

Yenicag.az xəbər verir ki, bu barədə o, sosial media hesabında video paylaşıb.

“Şükür ki, COVİD-19 testlərim mənfi çıxdı. Bu müddətdə dəstəyini və dualarını əsirgəməyən hamıya təşəkkür edirəm. Rəbbim bütün xəstələrimizə şəfa versin”, – deyə nazir qeyd edib.