Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ukraynalı həmkarı Dmitro Kuleba və rusiyalı həmkarı Sergey Lavrovla ayrı-ayrılıqda görüşüb.
Yenicag.az xəbər verir ki, görüş zamanı Rusiya-Ukrayna münaqişəsi müzakirə edilib, Ankaranın vasitəçiliyi haqqında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, bu gün Antalyada Türkiyə, Rusiya və Ukrayna XİN başçıları arasında üçtərəfli görüş də olacaq.