Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Çavuşoğlu: "Mənbicə girməyin tam vaxtıdır"

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu gündəmə dair önəmli açıqlamalar verib.

Yenicag.az xəbər verir ki, “Anadolu” agentliyinin verilişinə qatılan nazir Mənbic məsələsində yol xəritəsinin tam hazır olduğunu deyib. O qeyd edib ki, PKK-nın bu bölgələrdən geri çəkilməsi hələ Mənbicin təmizlənməsi demək deyil:

“ABŞ-la birgə verdiyimiz qərara əsasən, Mənbic əməliyyatı tamamlandıqdan sonra digər ərazilərə keçiləcək”.

Qeyd edək ki, XİN başçısı, həmçinin 24 iyunda baş tutan seçkilərə də toxunub. O bildirib ki, həm müxalifət, həm də Avropa seçkinin nəticələrini tam qəbul edib.

www.yenicag.az

1509
SFERA
VETENINFO
AZNEWS
INTERPRESS