Çavuşoğlu: “Niderlandın davranışları cavabsız qalmayacaq”

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki Niderlandın onun Rotterdamda çıxışına icazə verməməsi cavabsız qalmayacaq.

Yeniçağ.Az “Report”a istinadən xəbər verir ki, o, müvafiq bəyanatı İstanbulda edib.

“Bu cavabsız qalmayacaq. Biz buna necə lazımdır cavab verəcəyik. Niderlandın bu faşist addımı mənə – nazir Çavuşoğluya qarşı deyil, bütün Türkiyəyə qarşı edilib”, – deyə o jurnalistlərə bildirib.

Yeniçağ.Az