Çavuşoğlu Pakistanın Baş naziri ilə görüşdü

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bu ölkədə səfərdə olan Pakistanın Baş naziri Şahbaz Şəriflə görüşüb.

Yenicag.az xəbər verir ki, Çavuşoğlu bu barədə sosial media hesabında paylaşım edib.

XİN rəhbəri: “Ölkəmizə etdiyi bu önəmli ziyarət mükəmməl münasibətlərimizi yeni səviyyətə çatdıracaq”, – deyə qeyd edib.