Çavuşoğlu Paşinyanı təbrik etməsinə aydınlıq gətirdi

“Ermənistanın baş naziri Nikol Paşinyanı insanlıq naminə təbrik etdim. Azərbaycanla, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hər hansı başqa mövqe tutmağımız mümkün deyil”.

Yenicag.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Bakıda azərbaycanlı həmkarı Elmar Məmmədyarovla birgə keçirdiyi brifinqdə deyib.

“Bəli, mən Ermənistanın baş nazirini təbrik etmişəm. Bu ayaq üstü olub. Ermənistanın Avropa Şurasında keçmiş təmsilçisi və indiki xarici işlər naziri ilə Belçikada görüşdüm. Görüş zamanı, o, məni Ermənistanın yeni hökumət başçısı ilə tanış etdi. Mən nəzakət və insanlıq naminə Nikol Paşinyanla salamlaşdım və təbrik etdim. Bu o demək deyil ki, biz Azərbaycanla, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hər hansı başqa mövqe tuta bilərik”-, nazir qeyd edib.