!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Çavuşoğlu postunu Hakan Fidana təhvil verdi - VİDEO

!Reklam – Yazi

Türkiyədə yeni xarici işlər naziri vəzifəsinə təyin edilən Hakan Fidan postunu Mövlud Çavuşoğlundan təhvil alıb.

Yenicag.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.

Postunu təhvil verən Mövlud Çavuşoğlu “Millətimizin verdiyi səlahiyyət və Prezidentimizin verdiyi qiymətlə böyük şərəflə çalışmışam. Diplomatiya kimliyimizin ayrılmaz hissəsidir. Türk olan yerdə dövlət, dövlət olan yerdə diplomatiya var. Möhtərəm Prezidentimizin rəhbərliyi ilə fəaliyyət göstərdik.Təşəbbüskar və humanist xarici siyasət ruhu ilə bütün dünyada maraqlarımızı qoruduq. 8 il 6 ay 13 gün gəzdirdiyim Xarici İşlər bayrağını dövlətimizə, qardaşım Hakan Fidana təhvil verirəm,”- deyə açıqlama verib.

Xarici işlər naziri vəzifəsinə təyin olunan Hakan Fidan Çavuşoğluya təşəkkürünü bildirib.

 

www.yenicag.az

205
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv