Çavuşoğlu: “Qarabağ razılaşması Ankara ilə İrəvanın münasibətlərinə müsbət təsir göstərəcək”

“Azərbaycan, Ermənistan və Rusiya arasındakı razılaşma üç onillikdən sonra sülhün bərqərar olması üçün real bir fürsəti təmsil edir. Bu, mütləq regional sabitliyə, eləcə də Azərbaycan-Ermənistan və Türkiyə-Ermənistan münasibətlərinə müsbət təsir göstərəcək”.

Yenicag.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ATƏT Nazirlər Şurasının 27-ci iclasında çıxışı zamanı deyib.

O, daim beynəlxalq hüququn tərəfində olduqlarını da qeyd edib.

“ATƏT-in Minsk qrupunun üzv ölkəsi olaraq biz bu münaqişənin uzunmüddətli həlli üçün əlimizdən gələn səyləri göstərməyə daim hazırıq. Həmişə münaqişənin beynəlxalq hüquqa, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə, ATƏT prinsiplərinə əsasən həll olunmasının vacibliyini bildirmişik. Münaqişə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Azərbaycan, Ermənistan və Rusiya arasındakı razılaşma ilə 30 ildən sonra davamlı sülh üçün imkan yaranıb. Bu fakt regional sabitlik üçün, o cümlədən Azərbaycan – Ermənistan, Türkiyə – Ermənistan münasibətləri üçün müsbət hadisədir”, – deyə M. Çavuşoğlu vurğulayıb