Çavuşoğlu qəti danışdı: “Anlaşmaya uymasalar, NATO-ya qəbul etməyəcəyik”

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu İsveç və Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı danışıb.

Yenicag.az xəbər verir ki, yerli telekanala müsahibə verən nazir bildirib ki, İsveç və Finlandiya Madriddə imzalanan anlaşmaya əməl etməsələr, NATO-ya üzv qəbul olunmayacaqlar.

“Bu sənədə uymaq məcburiyyətindədirlər. Uymazlarsa, NATO-ya qəbul etməyəcəyik”, – deyə Çavuşoğlu bildirib.