Çavuşoğlu: “Rusiya ilə aramızdakı fikir ayrılığını aradan qaldırmışıq”

Türkiyə və Rusiya münasibətlərini bərpa ediblər və hazırda regionda problemlərin həlli, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzərində birgə işləyirlər.

Yeniçağ.Az-ın “Trend”-ə istinadən verdiyi məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Vaşinqtonda çıxışı zamanı deyib.

Nazir qeyd edib: “Rusiya ilə aramızdakı fikir ayrılığını aradan qaldırmışıq. Bu gün münasibətlərimiz bərpa olunub və biz regiondakı bir sıra problemlərin həlli ilə bağlı əməkdaşlıq edirik”.

Yeniçağ.Az

COP29